Rusiyanın tərəfinə keçən ukraynalı zabit PARTLADILDI

Sevastopolda Rusiyanın tərəfinə keçmiş ukraynalı sualtı qayıqçı, Rusiya Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı Robert Şageyev partlayış nəticəsində ölüb.

Referans Media xəbər verir ki, Şageyev əvvəllər Ukraynanın yeganə sualtı qayığına komandanlıq edib.

O, 2014-cü ildə Rusiyanın tərəfinə keçib.

Daha sonra Rusiya sualtı qayıqlarına komandanlıq edən Şageyevin “Kalibr” raketləri ilə zərbələrin endirilməsində iştirak etdiyi bildirilir.

Mövcud məlumata görə, onun ölümünə səbəb zibil qutusuna yerləşdirilmiş kustar üsulla hazırlanmış partlayıcı qurğu olub./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki