Şahzadə qarət edildi - 500 min avroluq oğurluq

Kann şəhərində Səudiyyə Ərəbistanı şahzadəsinə məxsus evdən təxminən 500 min avro dəyərində qiymətli əşyalar oğurlanıb.

Referans Media xəbər verir ki, “Le Figaro”nun polisdəki mənbəsinə istinadən yaydığı məlumata görə, hadisə bazar günü axşam baş verib. Oğurluq zamanı evdə heç kim olmayıb.

Bazar ertəsi gecə saat 01:00 radələrində ailənin şəxsi katibi hadisə barədə polisə məlumat verib. İlkin araşdırmalara əsasən, oğrular mənzildəki seyfi sındıraraq içərisindəki qiymətli əşyaları götürüblər.

Oğurlananlar arasında bahalı dəri məmulatları, ləl-cəvahirat və 8 min avro nağd pulun olduğu bildirilir. Ümumilikdə zərərin təxminən 500 min avro təşkil etdiyi qeyd olunur.

Polis hadisəni törədən şəxslərin kimliyini hələ müəyyənləşdirə bilməyib. Qarətə məruz qalan Səudiyyə şahzadəsinin adı isə açıqlanmır./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki