Türkiyədə dəhşətli dəniz fəlakəti: 107 sərnişini daşıyan gəmi alovlara qərq oldu

Türkiyənin cənub-qərbində yerləşən məşhur kurort bölgəsi Fəthiyədə turist gəmisində qəfil yanğın baş verib.

Referans Media  xəbər verir ki, birgünlük dəniz kruizi həyata keçirən gəmidə baş verən yanğınla bağlı daxil olan həyəcan siqnalından dərhal sonra əraziyə Sahil Mühafizəsi və Dəniz Polisinin taborları cəlb olunub.

Operativ xilasetmə əməliyyatı nəticəsində gəminin göyərtəsində olan 107 nəfərin tamamı təhlükəsiz şəraitdə təxliyə edilib.

Hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki