Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizinin parametrləri ilə bağlı qərar verəcək.
Bu barədə Referans Media-ya AMB-dən məlumat verilib.
Bildirilib ki, uçot faiz dərəcəsi ilə bağlı qərar sabah açıqlanacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi 7,5%, uçot faiz dərəcəsi 6,5%-dir.
