"Sabah"ın ÇL qələbəsi Azərbaycana nə qazandırdı? - REYTİNQ

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk görüşlərindən sonra ölkələrin reytinqini yeniləyib.

Referans Media xəbər verir ki , Azərbaycan çempionu "Sabah" ötən gecə Uelsin TNS komandası üzərində tarixi debüt qələbəsi (2:0) sayəsində ölkəmizin əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilib. 

Valdas Dambrauskasın baş məşqçisi olduğu "bayquşlar" qazancımızı 0,250 əmsal artırıb. Nəticədə Azərbaycanın son 5 ildəki reytinqi 18.812-yə çatıb. 

Bununla da Azərbaycanın UEFA reytinqindəki mövqeyi yaxşılaşıb. Ölkəmiz tsiklə 26-cı yerdə başlayıb. Bir addım öndəki İsrailin 20.750, təqibçimiz Slovakiyanın isə 18.250 əmsalı var. 

Qeyd edək ki, UEFA reytinqinə 101.850 əmsalla İngiltərə liderlik edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki