Türkiyənin məşhur sənətçisi Seda Sayanın reklam əməkdaşlıqları ilə böyük gəlir əldə edəcəyi iddia olunur.
Referans Media xəbər verir ki, 4 fərqli marka ilə illik reklam müqaviləsi imzalayan Sayanın hər bir anlaşmasının dəyəri 50 milyon türk lirəsi təşkil edir. Beləliklə, sənətçinin 4 reklam müqaviləsindən ümumilikdə 200 milyon TL, yəni hazırkı məzənnə ilə təxminən 7,02 milyon manat gəlir əldə edəcəyi bildirilir.
Sözügedən əməkdaşlıqlar çərçivəsində kamera qarşısına keçən Seda Sayanın ilk reklam filmi rəqəmsal təhsil platforması “ÜçDörtBeş All Star” üçün çəkilib.
İlk reklam çarxının yayımlanmasından sonra sənətçinin anlaşdığı digər üç markanın tanıtım filmlərinin də yaxın günlərdə tamaşaçılara təqdim ediləcəyi qeyd olunur.
Son dövrlərdə “Bacıların Bacısı” adlı proqramı ilə diqqət çəkən Seda Sayanın fəaliyyətində rəqəmsal platformalara daha çox üstünlük verdiyi bildirilir.
Məlumata görə, sənətçi yeni rəqəmsal format üzərində də çalışır. Bu proses fonunda ona təklif olunan bəzi televiziya layihələrini isə hələlik gözləməyə aldığı iddia edilir.
Beləliklə, Seda Sayanın reklam bazarındakı yeni əməkdaşlıqları həm məbləği, həm də layihələrin sayı ilə Türkiyə şou-biznesində diqqət çəkib.
