Türkiyəli məşhur aktyor Serhat Kılıçın sentyabrın 5-də vəfat etməsindən sonra diqqətçəkən bir təsadüf ortaya çıxıb.
Məlum olub ki, aktyorun 2015-ci ildə “Robinson Crusoe və Cümə” filmində birlikdə rol aldığı malavili aktyor Con Nyambi də məhz sentyabrın 5-də, 9 il əvvəl dünyasını dəyişib.
Kılıç sözügedən filmdə Robinson obrazını, Con Nyambi isə Cümə obrazını canlandırıb. İki baş rol ifaçısının ölüm tarixlərinin eyni günə təsadüf etməsi sosial mediada və sənət çevrələrində diqqət çəkib.
Nyambi 24 yaşında vəfat edib
Malavi əsilli Con Nyambi 2010-cu ildə universitet təhsili almaq üçün Türkiyəyə gəlib. O, Karadeniz Texniki Universitetinin Biologiya fakültəsində təhsil aldığı müddətdə kino sahəsinə maraq göstərib və “Robinson Crusoe və Cümə” filmində rol alaraq tanınıb.
Gənc aktyor 5 sentyabr 2017-ci ildə, 24 yaşında böyrək çatışmazlığından vəfat edib.
Kılıçın vəfatından sonra film yenidən gündəmə gəlib
“Ezel”, “Seksenler” və “Kuruluş Osman” kimi məşhur layihələrdəki rolları ilə tanınan Serhat Kılıçın qəfil vəfatı sənət dünyasında böyük üzüntü yaradıb.
İki aktyorun ölüm tarixlərinin 9 il fərqlə eyni günə düşməsi acı təsadüf kimi qiymətləndirilib.
