SON DƏQİQƏ: Kiyev, Sumı və Nikolayev BOMBALANDI - Çoxlu sayda ölən və yaralananlar var

Rusiyanın Sumı şəhərindəki ticarət-əyləncə mərkəzinə endirdiyi zərbə nəticəsində təsdiqlənmiş məlumata görə, 3 nəfər həlak olub.

Referans Media  xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Onun sözlərinə görə, 2 nəfər yaralanıb.

Xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir. Hadisə yerində zərbənin fəsadlarının aradan qaldırılması və xilasetmə əməliyyatı davam edir.

Qriqorov təkrar zərbələrin endirilməsi təhlükəsinin olduğunu bildirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, bir pilotsuz uçuş aparatı Ukrayna paytaxtının Dnepr rayonundakı 9 mərtəbəli yaşayış binasına dəyib, nəticədə yanğın başlayıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, Kiyevə gün ərzində həyata keçirilən növbəti dron hücumu nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

"Kiyevin Dnepr rayonundakı doqquzmərtəbəli binaya hücum nəticəsində bir qadın həlak olub, daha 5 nəfər xəsarət alıb. Aralarında 2 uşaq olmaqla, 4 nəfəri xilas etmək mümkün olub", - deyə xilasedicilər dəqiqləşdiriblər.

Nikolayevə edilən hücum nəticəsində isə bir nəfər həlak olub, daha beş nəfər yaralanıb. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) məlumat yayıb.

Xilasedicilər bildiriblər ki, şəhərdə yaşayış binaları, kafe, mağazalar və anbar binaları zədələnib, ərazilərin birində böyük yanğın baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki