Sedat Pekeri təhqir etdi, evində silahlı hücuma məruz qaldı

Türkiyənin Şanlıurfa vilayətində sosial şəbəkədə açdığı canlı yayım zamanı Sedat Peker və ailəsi barədə təhqiramiz ifadələr işlədən Musa D. evində silahlı hücuma məruz qalıb.

Referans Media xəbər verir ki, naməlum şəxslərin açdığı atəş nəticəsində Musa D. bədəninin müxtəlif nahiyələrindən güllə yaraları alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları yaralıya ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya yerləşdiriblər.

Həkimlərin verdiyi məlumata əsasən, Musa D.-nin vəziyyəti ağır olaraq qalır.

Hüquq-mühafizə orqanları silahlı hücumla bağlı araşdırmalara başlayıb.

Qeyd: Hadisənin motivi və hücumu törədən şəxslərlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hazırda canlı yayımdakı çıxışı ilə silahlı hücum arasında əlaqənin olub-olmadığı istintaq çərçivəsində araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki