Azərbaycanın tarixi şəxsiyyətlərinə, milli-mənəvi dəyərlərinə və xalqımızın qəhrəmanlıq salnaməsinə qarşı aparılan qarayaxma kampaniyaları hər zaman cəmiyyətdə haqlı etiraz doğurub.
Referans Media NOCOMMENT.az-a istinadən xəbər verir ki, son dövrlərdə xaricdə və ölkə daxilində fəaliyyət göstərən Qurban və Sərdar Məmmədov qardaşlarının xalqımızın azadlıq rəmzi olan Qaçaq Nəbi və Həcər xanıma qarşı səsləndirdikləri qərəzli fikirlərin arxasında dayanan əsl səbəblər üzə çıxıb.
Tanınmış jurnalist Vüqar Həsənov özünün sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, təqdim olunan Sankt-Peterburq arxiv sənədləri bu şəxslərin kökləri və tarixi simaları barədə şok təfərrüatları gözlər önünə sərir.
Arxiv sənədlərinə görə, Məmmədov qardaşlarının ulu babası Qurbanəli tərəfindən 1878-ci ildə Çar hökuməti nümayəndəsinə təqdim edilən şəcərə onların erməni əsilli olduğunu göstərir. Sənədlərdə nəslin ulu babasının Xoy şəhərində yaşayıb assuriya-erməni kilsəsinə tabe olan Yakop Semonov olduğu, onun nəvəsi Mehrəng Manukun isə sonradan Naxçıvanın Siyaqut kəndinə köçərək islamı qəbul etdiyi və adını Əlimərdan olaraq dəyişdirdiyi qeyd olunur.
Bu nəslin nümayəndələrinin tarixi fəaliyyəti isə satqınlıq və çar məmurlarına sədaqətlə yadda qalıb.
1876-cı ilə aid arxiv sənədlərində Məmmədov qardaşlarının ulu babası Məmməd Qurbanəli oğlunun çar sayağı xidmətləri və yerli bəylərə qarşı etdiyi xəyanətlər açıq şəkildə əksini tapıb. Həmin dövrdə kənddə erməni məmurun özbaşınalıqlarına qarşı çıxan Kəngərli nəslindən olan Qulaməli bəyə qarşı Məmməd Qurbanəli oğlunun ruslara casusluq etdiyi və məhkəmədə bəyin əleyhinə ifadə verdiyi sənədlərlə sübuta yetirilir. Onun 1876-cı il tarixli ifadəsində çar məmurlarına hər zaman xidmət edəcəyini açıq şəkildə bildirməsi bu nəslin köklərindəki satqınlıq ənənəsini bir daha təsdiqləyir.
Tarixçilər və ictimaiyyət nümayəndələri hesab edirlər ki, öz keçmişindəki bu cür xəyanət və yabançılıq köklərindən qurtula bilməyən Məmmədov qardaşlarının bu gün Azərbaycanın milli qəhrəmanlarına, o cümlədən Qaçaq Nəbiyə dil uzatması təsadüfi deyil. Xalqın qüruruna və qəhrəmanlıq tarixinə kölgə salmağa çalışan bu cür ünsürlərin çirkin kampaniyaları hər zaman cəmiyyət tərəfindən rədd edilir və tarixi həqiqətlər hər şeyi öz yerinə oturdur.
Jurnalist həmçinin qeyd edib ki, baş verənlərlə əlaqədar Qubadlı sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevə və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət ünvanlanıb.
Həmin müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidentinə cənab İlham Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevə və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova.
Biz, bütün Qubadlılar adından, ölkəmizin tarixi şəxsiyyətlərinə, dəyərlərimizə, qəhrəmanlarımıza, dövlətimizə və dövlətçiliyimizə qarşı şər və əsassız böhtanlar yağdıran, xüsusilə Qubadlının və xalqımızın qəhrəman oğlu Qaçaq Nəbi və onun xanımı Həcər xanım haqqında Sərdar Məmmədov tərəfindən səsləndirilən qərəzli, təhqiramiz fikirlərə görə dərin hiddətimizi bildiririk. Sərdar Məmmədovun bu yanaşması Qubadlı sakinləri və bütövlükdə xalqımız arasında kütləvi narazılığa səbəb olmuşdur.
Milli qəhrəmanlarımıza qarşı aparılan bu məqsədyönlü kampaniya ictimai-siyasi sabitliyə ziddir və qanun qarşısında cavabdehlik daşıyır. Yuxarıda qeyd olunan arxiv sənədləri və tarixi faktlarla da sübut olunduğu kimi, bu şəxsin hərəkətlərində milli dəyərlərimizə yad olan mövqe aşkar şəkildə özünü büruzə verir.
Bu səbəbdən, xalqımızın milli mənliyinə, tariximizə və qəhrəmanlarımıza qarşı açıq-aşkar böhtan atan, cəmiyyətdə haqlı narazılıq yaradan Sərdar Məmmədov barəsində qanunvericiliyə uyğun olaraq ən ciddi tədbirlərin görülməsini və onun barəsində hüquqi qərar qəbul olunmasını tələb edirik. Dövlətimizin və xalqımızın qürurunu qorumaq üçün bu müraciətimizə baxılmasını xahiş edirik.
Tarixi sənədləri təqdim edirik:




