"Amedspor" – "Beşiktaş" matçında görünməmiş hadisə: Hakim oyunu dayandırdı

Türkiyə Super Liqasında "Amedspor" ilə "Beşiktaş" arasında keçirilən qarşılaşmada gözlənilməz hadisə yaşanıb.

Diyarbəkir stadionunda keçirilən matçın ilk hissəsində futbolçular mübarizəni davam etdirərkən stadionun avtomatik suvarma sistemi qəfil işə düşüb. Suyun meydançaya püskürməsi səbəbindən hakim oyunu qısa müddətə dayandırıb.

Futbolçular suvarma sistemindən “sərinləmək” üçün istifadə etdi

Hadisə matçın 37-ci dəqiqəsində baş verib. Suvarma sisteminin işə düşməsi ilə meydanın müxtəlif hissələrinə su yayılıb.

Hakim oyunu saxladığı vaxt bəzi futbolçular vəziyyətdən fərqli şəkildə yararlanaraq meydana yayılan sudan sərinləmək üçün istifadə ediblər.

Təxminən bir dəqiqə davam edən fasilədən sonra suvarma sistemi söndürülüb və qarşılaşma qaldığı yerdən davam etdirilib.

"Amedspor" "Beşiktaş"ı məğlub etdi

Qarşılaşmanın sonunda isə "Amedspor" qalib gəlib.

Yaşıl-qırmızılı komanda Gift Orban və Dia Sabanın da qolları ilə "Beşiktaş"ı 3:2 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra "Amedspor" xallarını 13-ə çatdıraraq turnir cədvəlinin lideri olub. "Beşiktaş" isə 12 xalla qarşılaşmanı başa vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki