Saloniki şəhərindən Memmingenə uçan “Ryanair” təyyarəsində mühərrikdən hissələrin qopması nəticəsində sərnişinlər təhlükə yaşayıb.
Referans Media xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) ilkin hesabatına görə, 10 iyulda sağ mühərrikdən qopan hissələr təyyarənin pəncərələrindən birini sındırıb. Təzyiq itkisi nəticəsində Lyubişa Karoviç adlı sərnişinin başı və sağ çiyni pəncərədən çölə çəkilib. Sərnişin ağır yaralanıb.
Ekipaj mühərrikdə güclü vibrasiya və daha sonra partlayış səsi eşidildiyini bildirib. Təyyarə fövqəladə vəziyyət elan edərək Saloniki hava limanına təhlükəsiz eniş edib.
Hesabatda mühərrikin may ayında ultrasəs müayinəsindən keçirildiyi və nasazlıq aşkarlanmadığı qeyd olunub. “Ryanair” rəhbəri Maykl O'Liri hadisənin mühərrikə kənardan cismin çırpılması nəticəsində baş vermiş ola biləcəyini deyib.
