Çin avtomobillərinin qlobal bazara ixracının kəskin artması dəniz daşımalarında ciddi böhrana və gəmi çatışmazlığına səbəb olub.
Referans Media "The Wall Street Journal" (WSJ) nəşrinə istinadən xəbər verir ki, ilin əvvəlindən bəri avtomobillərin daşınması üçün gəmi icarəsi (fraxt) qiymətləri 65% artıb.

Vəziyyət o həddə çatıb ki, bəzi hallarda avtomobillər xüsusi gəmilər əvəzinə adi yük konteynerlərində daşınmağa başlayıb.
"Mobility Global" tədqiqat şirkətinin proqnozlarına görə, Çin 2026-cı ildə xaricə təxminən 10 milyon avtomobil ixrac edəcək. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstərici cəmi 600 min avtomobil təşkil edirdi.
Norveçin nəhəng dəniz daşıyıcısı "Hoegh Autoliners" şirkətinin baş icraçı direktoru Andreas Enger Çinin bu sahədəki inanılmaz sıçrayışını belə qiymətləndirib: "Cəmi beş il ərzində Çin cüzi avtomobil ixracatçısından dünyanın ən böyük avtomobil ixracatçısına çevrilib"./Musavat.com