image-dron002backend

Səudiyyə Ərəbistanı İrandan buraxılan 17 dronu zərərsizləşdirdi

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ötən gecə İrandan buraxılan 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Referans Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, dronların böyük hissəsi Əş-Şərqiyyə əyaləti üzərində məhv edilib.

Nazirlik əlavə edib ki, bəzi pilotsuz uçuş aparatları paytaxt Ər-Riyad yaxınlığında zərərsizləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki