image-seyma-subasibackend

Şeyma Subaşı dəyişimi ilə şok yaratdı: yeni imici gündəm oldu

Sosial şəbəkə paylaşımları ilə tez-tez gündəmə gələn Şeyma Subaşı son günlərdə həm görünüşündə, həm də həyat tərzində baş verən dəyişikliklərlə diqqət mərkəzinə düşüb.

Referans Media xəbər verir ki, Subaşı son dövrdə daha çox iş fəaliyyətinə fokuslanıb. Xüsusilə kosmetika sahəsində başladığı biznesi genişləndirmək üçün yeni addımlar atdığı bildirilir. O, markasının inkişafı üçün müxtəlif layihələrdə və reklam çəkilişlərində iştirak edir.

Kosmetika markası ilə yeni mərhələ

Şeyma Subaşı yeni reklam kampaniyalarında yer alıb,  kosmetika markasının tanıtımını gücləndirir,  sosial mediada yeni imicini paylaşır. Onun son paylaşımları izləyicilər arasında böyük maraq doğurub.

Reklam çəkilişlərində saç rəngini dəyişdiyi və ümumi imicində fərqli estetik toxunuşların olduğu müşahidə edilib. Bu dəyişiklik sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər yeni görünüşünü bəyənsə də, bəziləri onu əvvəlkindən daha fərqli və yetkin göründüyünü yazıb.

Məlumatlara görə, Subaşı son dövrdə şəxsi həyatında da dəyişikliklər yaşayıb və əvvəlki münasibətini sonlandırıb. Həmçinin uzun müddət xaricdə keçirdiyi səyahətlərə də ara verdiyi iddia olunur.

Bəzi media xəbərlərində yer alan “narkotik testi pozitiv çıxıb” iddiası isə keçmişdəki istintaq prosesləri ilə əlaqələndirilir və sosial mediada müzakirə olunmağa davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki