Azərbaycanlılar və ermənilər bu ölkədən çıxarıldıbackend

Azərbaycanlılar və ermənilər bu ölkədən çıxarıldı

  Son iki həftə ərzində ölkədə qanuni əsas olmadan olan 41 əcnəbi Gürcüstandan çıxarılıb.

Bu barədə “Novosti Georgia”ya Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qovulanlar arasında Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan və Zimbabve vətəndaşları olub. Hamısına ölkəyə giriş qadağan edilib.

Bütün iyun ayı ərzində 124 əcnəbi vətəndaş Gürcüstandan çıxarılıb. 2025-ci ilin birinci yarısında isə 525 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 280% çoxdur.

Daxili İşlər Nazirliyinin statistikasına görə, 2024-cü ildə deportasiya edilən qeyri-qanuni mühacirlərin sayı 430, 2023-cü ildə 190, 2022-ci ildə isə 165 nəfər olub.

Son illərdə polis qeyri-qanuni miqrantlara qarşı daha çox reydlər keçirir və hökumət immiqrasiya qanunlarını sərtləşdirməyə başlayıb.
/

Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki