Əhaliyə CİDDİ XƏBƏRDARLIQ: sentyabrın 15-i səhər saatlarından etibarən…

  Yerdə son üç ayın ən güclü maqnit qasırğası baş verməkdədir.

Referans.az  xəbər verir ki, sentyabrın 15-i səhər saatlarından etibarən maqnit dəyişlənliklərinin səviyyəsi G3 (güclü qasırğa) səviyyəsinə yaxın olub, daha sonra G2-ə yaxın səviyyəyə qədər zəifləyib.

Maqnit qasırğası planetin iri koronal dəlik zonasına düşməsi nəticəsində meydana gələn günəş küləyi sürətinin nəzərəçarpan artımı fonunda baş verməkdədir.

Alimlər qeyd ediblər ki, hadisə bir neçə gün əvvəl proqnozlaşdırılsa da, qasırğanın gücü gözlənilməz olub və hazırda hesablamaları xeyli üstələyir./trend.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki