İran XİN: Zənginləşdirilmiş uran ölkədən çıxarılmayacaq

Zənginləşdirilmiş uran İran ərazisindən çıxarılmayacaq

Referans Media  İRNA agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai 

iyunun 18-də İran dövlət televiziyası IRIB-də bildirib.

 "Biz əvvəldən demişik ki, zənginləşdirilmiş materiallar ölkədən çıxarılmayacaq. Bir variant onları İran ərazisində yoxsullaşdırmaqdır. Bu, yeni bir seçim deyil", - deyə o qeyd edib.

 Bəqayi bu açıqlamanı İran və ABŞ arasında hərbi əməliyyatların dayandırılması haqqında memorandum imzalandıqdan qısa müddət sonra verib. Bundan sonra Tehranın nüvə proqramı və Amerika sanksiyalarının ləğvi ilə bağlı əlavə danışıqlar aparılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki