“Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasının vaxtıdır”.
Referans Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu müharibəyə son qoymağın vaxtı çatıb. Rusiya lazımi diplomatik addımları atmalıdır”, – o bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Rusiyaya azı 200 dronla hücuma keçib. Həmçinin Moskvada neft emalı zavoduna zərbə endirib.
