Paşinyanın arvadı məhkəməlik oldu – 14 İDDİA

Vətəndaşlar Birliyinin koordinatoru, “Müstəqil Müşahidəçi” alyansının nümayəndəsi Daniel İoannisyan və onun təmsil etdiyi alyans Ermənistanın İnzibati Məhkəməsinə müraciət edərək “Mənim Addımım” xeyriyyə fondunun icraçı direktoru Anna Akopyanın 14 müxtəlif hadisəyə görə inzibati məsuliyyətə cəlb edilməsini tələb edib.

Referans Media Musavat.com-a istinadla bildirir ki, “Müstəqil Müşahidəçi” alyansı Akopyanın rəhbəri olduğu fondun qanunu pozduğunu bildirib. Buna cavab olaraq Akopyan fondun Ermənistan qanunlarını pozmadığını bildirib və hüquq qrupuna Daniel İoannisyana qarşı cinayət işi açılması tələbi ilə əks-hüquqi tədbirlər görməyi tapşırıb.

Məlum olub ki, həmçinin, "Birbaşa Demokratiya" QHT-nin nümayəndəsi Anahit Mkrtçyan da Akopyanın İnzibati Xətalar Məcəlləsinin 40.16-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb edilməsini tələb edib.

Bu məsələdə 2026-cı il martın 29-da qeydə alınmış epizoddan bəhs edilir. Həmin epizodda fond 20 martda 29 yeni yaradılmış benefisiar ailəyə öz bizneslərini qurmaq və ya inkişaf etdirmək üçün 1-2 milyon dram məbləğində qrantlar vermişdi. İddiaçı Akopyanın minimum əmək haqqının 400 misli miqdarında cərimələnməsini tələb edir. Ermənistan İnzibati Məhkəməsinin hakimi Ağasi Darbinyan adı çəkilən qeyri-hökumət təşkilatlarının Akopyanın inzibati məsuliyyətə cəlb edilməsi tələbi ilə bağlı iddiasını qəbul edib.

Yeri gəlmişkən, bütün seçkiqabağı dövrdə “Mənim Addımım” xeyriyyəçilik işini dayandırmayıb. Xatırladaq ki, seçkilər bitdikdən sonra baş nazir Paşinyan həyat yoldaşı Anna Akopyanın Birinci Xanımların Ümumdünya Konfransında iştirak edə bilməsi üçün dövlət vəsaiti hesabına ABŞ-a göndərilməsi barədə qərar verib.



Xatırladaq ki, 17 fevral 2026-cı ildə Akopyan özünün və Paşinyanın vətəndaş nikahının başa çatdığını elan etmişdi. Anna “Hər kəsdən bu mövzuda təmkinli və düzgün olmağı xahiş edirəm" deyə sosial media hesabında yazmışdı.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri jurnalistlərlə söhbətində qeyd etmişdi ki, seçkilərdə iştirak edən partiyalarla əlaqəli təşkilatların seçki günü təyin edildikdən sonra xeyriyyə işləri ilə məşğul olması qadağan olunduğu üçün "Mənim Addımım" Fondunun pulsuz ingilis dili kursları keçirmək qərarını araşdırırlar.

Qeyd edək ki, 23 aprel 2026-cı ildə jurnalistlərlə keçirdiyi brifinqdə Paşinyan ailəsini qorumaq üçün səylər göstərdiyini və daha bir şans qazandığına görə şad olduğunu bildirmişdi. İctimai açıqlamalara görə, Anna baş nazirin həyat yoldaşı olmaqdan çıxsa da, göründüyü kimi, 11 iyun 2026-cı il tarixli bu qərarla o, özünü baş nazirin həyat yoldaşı statusunda təqdim edir və xarici ezamiyyətləri üçün dövlət tərəfindən maliyyələşdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki