SON DƏQİQƏ! Sürücülərin NƏZƏRİNƏ… 

Son günlər ölkəmizdə ard-arda avtoqəzalar baş verir. Təbii ki, avtoqəzaların əsas səbəblərindən biri sürət həddi ilə bağlıdır. Lakin ümumilikdə yol infrastrukturunun, eyni zamanda sürücü mədəniyyəti və bacarıqları da avtoqəzalara səbəb olan amillərdəndir.

Bəs yol-nəqliyyat qəzalarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Sürücülük vəsiqəsinin alınmasında qaydaların sərtləşdirilməsi və avtomobil cərimələrinin artırılması nə dərəcədə effektiv ola bilər? Mövzuyla bağlı Nəqliyyat Eksperti Eldəniz Cəfərov REFERANS-ın suallarına açıqlama verib.

Ekspert bildirib ki, birinci olaraq sürücülük məktəblərindən, sürücülük kurslarından başlamaq lazımdır. Sürücülük kurslarına gələn şəxslərə kursda hansı dərslər keçilir, nələr öyrədilir və yol hərəkəti qaydaları necə öyrədilir aşılanmalıdır.

Müsahibimiz vurğulayıb ki, baş verən qəzaların əsas səbəbi elə yol hərəkəti iştirakçıları özləridir. Bilərəkdən və yaxud da bilməyərəkdən qayda pozan sürücülərdir. Fikirimcə bu məsələni kökündən həll etmək mümkündür. İl ərzində eyni qaydanı üç dəfə pozan sürücü sürücülük hüququndan 3 aydan 6 aya qədər məhrum edilməlidir. Sürücü il ərzində işıqforun qırmızı işığında keçirsə və yaxud da dayanma durma qaydalarını pozursa, üç dəfə dönmə əməliyyatı zamanı dönmə işıq və cihazlarından istifadə etmirsə belə sürücülər sürücülük hüququndan məhrum edilməlidir.

“Düşünürəm ki, belə olan halda nə bilərəkdən, nə bilməyərəkdən qayda pozan sürücüləri biz yollarda görməyəcəyik”,-deyə Nəqliyyat Eksperti Eldəniz Cəfərov əlavə edib.

Ləman Xalıqova

Referans.az    


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki