Referans xəbər verir ki, bu barədə Özbək Milli Akademik Dram Teatrı öz “Telegram” kanalında məlumat yayıb.
“Özbək Milli Akademik Dram Teatrının kollektivi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir”, – paylaşımda deyilir.
Qeyd edilib ki, Yakub Əhmədov 87 yaşında həyatla vidalaşıb.
Əhmədov, sənət həyatı boyunca 40-dan çox filmə çəkilib, o cümlədən “Əli Baba və qırx quldurun sərgüzəştləri”, “Zumrad”, “Furkat”, “Keçmiş günlər” və s.
Bundan əlavə, o özbək dilində 400-dən çox filmi səsləndirib.
Mədəniyyət və incəsənət sahəsindəki xidmətlərinə görə Əhmədov bir sıra yüksək mükafatlara layiq görülüb:
– SSRİ-nin xalq artisti– 1977-ci il SSRİ Dövlət Mükafatı laureatı– Özbəkistan SSR-nin xalq artisti– “Əmək qəhrəmanlığı” medalı (2005)– “Fədakar xidmətə görə” ordeni (2018)
