Sumqayıt sakinlərinin NƏZƏRİNƏ!

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Referans Media  xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz-İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 2-də Sumqayıt şəhəri, Sarıqaya bağları ərazisində 550 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki