Sumqayıtda 13 yaşlı uşaq ÖLDÜ 

Sumqayıtda 13 yaşlı uşaq ölüb.

Referans xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

İlkin məlumata görə, 2012-ci il təvəllüdlü Yusif Sahib oğlu Məcidzadənin boğazında yad cisim qalıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.//Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki