Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini və sürücülər arasında intizam məsuliyyətinin artırılması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Referans Media xəbər verir ki, bu məqsədlə Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtoxuliqanlıq edən 37 yaşlı Fərahim Abbasov saxlanılıb.
