İran nümayəndə heyətinin sabah Dohaya səfər edərək Qətər rəsmiləri ilə dondurulmuş İran aktivlərinin sərbəst buraxılması məsələsini müzakirə edəcəyi gözlənilir.
Referans Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi məlumat verib.
Bəqayi mətbuat konfransında bildirib ki, dondurulmuş İran vəsaitlərinin açılması ilə bağlı danışıqların sabah Dohada keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, görüş üçün bütün zəruri hazırlıq işləri artıq başa çatdırılıb və Tehran danışıqlardan müsbət nəticə əldə olunacağına ümid edir.
