Qətərdən kritik addım: Hörmüz boğazı üçün xüsusi kommunikasiya kanalı yaradıldı

Qətər Xarici İşlər Nazirliyi Hörmüz boğazında gərginliyin artmasının qarşısını almaq məqsədilə xüsusi kommunikasiya kanalının yaradıldığını açıqlayıb.

Referans MEDİA bildirir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, yaradılan əlaqə mexanizmi son günlər yaşanan gərginliyin nəzarətdə saxlanılmasında artıq istifadə olunub.

"Bu məqsədlə xüsusi kommunikasiya kanalı yaradılıb və son günlər baş verən gərginliyin qarşısının alınmasında ondan istifadə edilib. Bu kanal artıq fəaliyyət göstərir", – deyə Əl-Ənsari bildirib.

Diplomat kanalın necə fəaliyyət göstərdiyi və texniki xüsusiyyətləri barədə əlavə məlumat verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki