İranın turnirdən kənarda qalmasına və onların bir daha geri qayıtmayacaqlarına sevindim.
Referans Media qol.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mallin İran millisinin DÇ-2026-da qrup mərhələsini keçə bilməməsi ilə bağlı deyib.
“İran yığması turnir ərzində ABŞ rəsmilərinin ən çox məşğul olduğu komandaya çevrilmişdi. Vizalarını ləğv edib ABŞ ərazisini tərk edə biləcəklərini öyrəndiyimiz zaman çox xoşbəxt idim. Hətta sevincimdən bir-iki mahnı oxudum, rəqs də etdim”, – Mallin bildirib.
İran Futbol Federasiyası isə bu sözlərə görə ABŞ-ı qınayıb:
“İranlılar bu cür düşmənçilik ifadələrindən təəccüblənmirlər – ölkə sakinləri uzun müddətdir ki, Amerika rəsmilərinin yersiz münasibətləri və yalan ifadələri ilə qarşılaşırlar. Bu cür şərhlər bir daha ABŞ rəsmilərinin beynəlxalq qanunlara əməl etmədiyini və böyük beynəlxalq turnirin ev sahibi ölkəsindən gözlənilən standartlara cavab vermədiyini nümayiş etdirir”.
Qeyd edək ki, İran millisi DÇ-2026-nın G qrupunu 3 oyundan topladığı 3 xalla 3-cü pillədə başa vuraraq pley-offa yüksələ bilməyib.
