Vəzifəli şəxslərə töhmət verildi

Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi arayışların verilməsi ilə bağlı aparılan yoxlamaların nəticəsində bir sıra əməkdaş barəsində intizam tədbirləri görülüb.


Referans Media bildirir ki, Shimal.News-un əldə etdiyi məlumata görə, yoxlamalardan sonra xəstəxananın 8 əməkdaşının əmək müqaviləsinə xitam verilib. İşdən azad edilənlər arasında poliklinikanın şöbə müdiri Tahir Hacı oğlu Məmmədov da var. Onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" (əmək vəzifələrinin və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya müvafiq hallarda kobud şəkildə pozulması) bəndinə əsasən xitam verildiyi bildirilir.

Bundan başqa, 4 əməkdaşa şiddətli töhmət verilib.

Onu da qeyd edək ki, işdən çıxarılan 8 əməkdaşın fəaliyyəti müvafiq qurum tərəfindən araşdırılır.

Xatırladaq ki, TƏBİB-in işçi heyəti oktyabrın əvvəlində Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi arayışların verilməsi ilə bağlı yoxlamalara başlayıb. Araşdırmaya arayışların verilməsi zamanı ciddi nöqsanların aşkar edilməsi səbəb olub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki