Təhlükəli TİBBİ XİDMƏT – Evdə tibb bacısı kimi fəaliyyət göstərənlər qanunla…backend

Təhlükəli TİBBİ XİDMƏT – Evdə tibb bacısı kimi fəaliyyət göstərənlər qanunla…

Azərbaycanda xəstəxanalarla yanaşı evlərdə
də tibb bacısı funksiyasını yerinə yetirənlərə rast gəlinir. Səhhətində yaranan
problemə görə həkimə, xəstəxanaya müraciət etmək istəməyənlər qohum-qonşu
arasında tibb bacısı kimi tanınan birinə üz tuturlar. Dövlət və özəl xəstəxanalarda
tibb bacısı vəzifəsində işləyənlər qohum-qonşuya, tanışa işdən sonra ya müəyyən
ödəniş müqabilində, ya da könüllü şəkildə xidmət göstərirlər. 

Bundan əlavə sadəcə özəl kurslarda qısa müddətdə dərs keçərək
sertifikat alan, yaxud kimlərdənsə iynə vurmaq, sistem köçürmək, eləcə də bəzi
tibbi xidmətləri göstərmək bacarığını yiyələnənlər də evlərdə tibb bacısı kimi
fəaliyyətdədirlər. Hansı ki, bəzi hallarda bu xidməti göstərənlərin nə tibb təhsili,
nə də tibb sahəsinə aidiyyatı olur.

Bəs evdə tibb bacısı kimi fəaliyyət
göstərənlərə necə etibar etmək olar? 

Məsələ
ilə bağlı professor, tanınmış həkim Adil Qeybulla Referans.az-a açıqlamasında
bildirib ki, ev şəraitində bu tip prosedurların həyata keçirilməsi yolverilməzdir.

“Ümumiyyətlə,
digər ölkələrin heç birində evdə sistem qoşmaq, yəni venadaxili infuziya etmək,
digər ineksiyalar aparmaq, antibiotik müalicəsi aparmağa icazə yoxdur və bu
qadağandır. Çünki ev şəraitində bunu edən zaman ağırlaşma baş versə, əl altında
xəstəni xilas etmək üçün heç nə olmur. Çox təəssüflər olsun ki, vətəndaşlar bu
cür fəaliyyət göstərən tibb bacılarını evlərinə gətirirlər və iynə vurmaq,
sistem qoşmaq və bu kimi digər prosesləri onlara etdirirlər. Lakin bu düzgün
deyil, bundan daha çox xəstələrin günahı var. Tibb işçilərinin də təbii ki,
buna xüsusi diqqət etməlidirlər və bilməlidirlər ki, ev şəraitində bu cür
prosedurlar həyata keçirmək olmaz”.

Professor
qeyd edib ki, aldıqları tibb təhsili Elm və təhsil nazirliyi, eyni zamanda Səhiyyə
nazirliyi tərəfindən qəbul edilən tibb bacıları müvafiq tibb idarələrində fəaliyyət
göstərə bilərlər. Amma bu tibb təhsilini əsas gətirərək ev şəraitində fəaliyyət
göstərmək üçün heç kəsə icazə verilmir.

“Hətta
kimlərsə gedib bir neçə aylıq kurs keçir və bu “diplom, sertifikatla” gəlib
sistem və iynə vura bildiyini iddia edir. Lakin sterillik haqqında heç bir təsəvvürü
yoxdur. Təbii ki, nəticədə belə faciəvi hadisələr baş verir. Əlbəttə ki, bu qanunda
olan boşluqlarla bağlıdır və bu məsələlər hansısa formada qanuni şəkilə minməsə
belə hadisələr artmaqda davam edəcək”.

 

Fidan
Vəlisoy


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki