Tehran onlara xəbərdarlıq etdi

Tehran xaricdə yaşayan iranlıları öldürməklə hədələyib. 

Referans Media “Cebheinfo.az”-a  istinadən xəbər verir ki, İrandakı mövcud rejim xaricdə yaşayan iranlıları casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib.

İslam Respublikasının Baş Prokurorluğu bu barəda rəsmi bəyanat yayıb. Qeyd olunur ki, ABŞ və İsrail ilə hər hansı əməkdaşlıq aidiyyəti qurumların diqqətində olacaq və bu əməkdaşlığa cəlb olunan iranlılar sərt şəkildə cəzalandırılacaq.

Bildirilir ki, belə fəaliyyətlə məşğul olan şəxslərin əmlakı və digər aktivləri müsadirə edilə bilər. Bundan əlavə, həmin şəxslərin “ölüm cəzası da daxil olmaqla ən sərt cəzalara” məruz qala biləcəyi vurğulanıb.

Bəyanatda qeyd olunur ki, İsrail, ABŞ və digər düşmən ölkələr üçün hər hansı kəşfiyyat və ya məlumat toplama fəaliyyəti bu ittihamın nümunəsi kimi dəyərləndiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki