Tələbələrin qəssabxana və “moyka” şikayətinə BDU-dan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) “C” korpusunda təhsil alan tələbələr universitetin yeni rektoru Məleykə Abbaszadəyə açıq müraciət ünvanlayıblar.

Referans Media  xəbər verir ki, tələbələr korpusun ətrafındakı səs-küyün dərs prosesinə və təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyini bildiriblər.

Onların müraciətində magistral yolun səsi ilə yanaşı, yaxınlıqda fəaliyyət göstərən qəssabxana və avtomobil yuma məntəqəsinin də tədrisə mane olduğu vurğulanıb.

Məsələ ilə bağlı Musavat.com BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva ilə əlaqə saxlayıb.

O bildirib ki, universitet rəhbərliyi məsələ barədə məlumatı sosial şəbəkələrdən əldə edib:

“İndiyədək bu mövzu ilə bağlı heç bir tələbə tərəfindən rəsmi müraciət daxil olmayıb. Buna baxmayaraq, sosial şəbəkədə yayılan müraciət tərəfimizdən qiymətləndirilir və məsələnin aydınlaşdırılması istiqamətində zəruri araşdırma aparılır”./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki