Bakıda təşkil olunan UFC Fight Night yarışında oktaqona çıxan Azərbaycanın ikinci təmsilçisi Tofiq Musayev məğlubiyyətlə üzləşib.
Referans xəbər verir ki, 35 yaşlı idmançımız UFC-də debüt döyüşündə Qırğızıstan təmsilçisi Mıqtıbek Orolbaya qarşı mübarizə aparıb.
Görüşə yaxçı başlayan Tofiq təəsüüf ki, birinci raundun sonlarında ağrıdıcı fəndə görə təslim olub.
Döyüşdən sonra Orolbay bunları deyib: “Mən bu yarışa 3 ay müddətinə hazırlaşmışdım. Sürpriz edəcəyimi deyirdim. Bu, həmin sürprizdir”.