Tovuzda gənc qadın öldürüldü: əri tutuldu

  Tovuz rayonunda qətl hadisəsi törədilib.

Referans.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə polis tərəfindən saxlanılıb.

 İlkin məlumata görə, hadisə qısqanclıq zəmnində baş verib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki