Acun Ilıcalı ilə bağlı "Fənərbaxça" klubu gözlənilməz addım atıb.
Referans Media xəbər verir ki, Fənərbaxçada Acun Ilıcalı ilə bağlı diqqətçəkən inkişaf yaşanıb.
Klubun prezidenti Əziz Yıldırım ilə Acun Ilıcalı arasında yaşanan gərginliyin ardından bir qrup klub üzvünün tanınmış iş adamının "Fənərbaxça"dakı üzvlüyündən xaric edilməsi tələbi ilə hərəkətə keçdiyi bildirilir. Məlumata görə, bir qrup "Fənərbaxça" qurultay üzvü Acun Ilıcalının klub üzvlüyündən çıxarılması tələbi ilə ərizə hazırlayaraq klub rəhbərliyinə təqdim edib.
Ərizənin təqdim edilməsindən sonra diqqətlər "Fənərbaxça"nın İntizam Kuruluna yönəlib. Yaxın günlərdə toplanması gözlənilən kurulun təqdim olunan müraciətləri araşdıracağı və məsələ ilə bağlı qərar verəcəyi gözlənilir. Hazırda Acun Ilıcalının klub üzvlüyündən xaric edilib-edilməyəcəyi ilə bağlı yekun qərar yoxdur.
Acun Ilıcalı ilə Əziz Yıldırım arasında yaranan gərginlik qarşılıqlı sərt açıqlamalarla daha da böyümüşdü. Yıldırım keçirdiyi mətbuat konfranslarında Ilıcalının Ülker stadionundakı lojaların alınması və lojalarla bağlı tələbləri barədə müxtəlif iddialar səsləndirmişdi.
Acun Ilıcalı isə Yıldırımın açıqlamalarına sərt cavab verərək qarşı tərəfin fikirləri ilə razılaşmadığını bildirmişdi. Tərəflər arasında yaşanan polemikanın ardından bir qrup qurultay üzvünün məsələni intizam prosesinə daşıdığı qeyd olunur.
Qeyd edək ki, Acun Ilıcalının "Fənərbaxça" üzvlüyündən xaric edilib-edilməyəcəyinə İntizam Kurulunun araşdırmasından sonra aydınlıq gəlməsi gözlənilir.
