Azarkeşlər küçələri ALOVA BÜRÜDÜ: "Fənərbaxça" üçün hər yer məşələ büründü

Türkiyə Superliqasının növbəti turunda "Qaziantep FK" ilə qarşılaşacaq "Fənərbaxça" komandası Qaziantepdə böyük coşqu ilə qarşılanıb. Sarı-lacivərdli azarkeşlərin təşkil etdiyi məşəlli qarşılanma zamanı şəhərdə diqqətçəkən görüntülər yaşanıb.

Referans Media xəbər verir ki, "Fənərbaxça" bu gün saat 20:00-da "Qaziantep FK" ilə üz-üzə gələcək. Komandanın Qaziantepə gəlişi öncəsi sarı-lacivərdli azarkeşlər bir araya gələrək futbolçulara dəstək nümayiş etdiriblər.

"Fənərbaxça" kafilesinin qarşılanması zamanı çoxsaylı məşəllər eyni anda yandırılıb. Ərazini bürüyən alov və tüstü şəhərdə diqqətçəkən mənzərə yaradıb.


Azarkeşlərin komandanı böyük coşqu ilə qarşılaması gecənin əsas görüntülərindən birinə çevrilib. Məşəllərin işığında "Fənərbaxça" tərəfdarlarının komandaya dəstək şüarları səsləndirdiyi bildirilib.

Sarı-lacivərdli komandanın Qaziantepdə belə qarşılanması azarkeşlərin qarşıdakı oyuna böyük maraq göstərdiyini nümayiş etdirib. Qarşılaşmanın nəticəsi "Fənərbaxça"nın liqadakı mövqeyi baxımından da önəm daşıyır.

"Fənərbaxça" ilə "Qaziantep FK" arasında oyun bu gün saat 20:00-da keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki