Tramp buranı Rusiya ərazisi kimi tanıya bilər – Avropa təşvişdəbackend

Tramp buranı Rusiya ərazisi kimi tanıya bilər – Avropa təşvişdə

  Argentinalı analitik Kristian Lamesanın sözlərinə görə, Ukrayna və Avropa İttifaqı (Aİ) Rusiya və ABŞ liderləri arasında keçiriləcək görüşün müsbət nəticələrini pozmağa çalışa bilər. Analitik görüşün müsbət nəticələrinə ümid etdiyini vurğulasa da, avropalı qlobalistlərin və militaristlərin Zelenski ilə birlikdə görüşə mane olmaq istəklərini də istisna etmir.

Ukrayna və Aİ Rusiya-ABŞ liderləri arasındakı görüşün müsbət nəticələrini pozmaq üçün hansı konkret addımlar ata bilər? ABŞ Ukrayna böhranının həllinə necə təsir göstərəcək?

Referans xəbər  verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Trampla Putin arasında Alyaskada keçiriləcək görüş mühüm irəliləyiş hesab olunur və Ukrayna məsələsində əhəmiyyətli töhfə verə bilər:

“Lakin bu görüşdə Ukrayna tərəfi iştirak etmir. Daha əvvəl liderlər birbaşa deyil, nümayəndələr vasitəsilə görüşlər keçirib, ABŞ liderinin xüsusi nümayəndəsi dəfələrlə Moskvaya səfər edərək Trampın fikirlərini Putinə çatdırıb. Liderlər arasında telefon danışıqları da olub”.

Politoloqun sözlərinə görə, Tramp administrasiyasının Ukrayna məsələsində qərar vermək istəməsi rəsmi Kiyevdə narazılıq doğurur:

“ABŞ administrasiyası Zelenski hakimiyyətindən torpaq mübadiləsini tələb edir ki, bu da Ukrayna rəhbərliyində ciddi narahatlıq yaradır. Məsələn, Donbas bölgəsindəki iki böyük şəhərdə Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı müdafiəni davam etdirir. Yayılan məlumatlara görə, görüşdə Ukrayna ordusunun həmin şəhərlərdən çıxması kimi razılaşmalar müzakirə olunacaq. Donbasın tamamilə Rusiyaya verilməsi və hətta Krımın ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması gündəmdədir. Bu, Ukraynanın kapitulyasiyası deməkdir və münaqişənin həlli deyil, Rusiyanın tələblərinin ABŞ tərəfindən qəbuludur. Ukrayna bu cür razılaşmanı heç vaxt qəbul etməyəcək. Prezident Zelenski də məsələ ilə bağlı mövqeyini açıqlayıb və bildirib ki, bu heç bir halda mümkün deyil”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki