Tramp: İrana doğru gedən böyük və güclü gəmilərimiz var, ümid edirəm onlardan istifadə etməyə məcbur qalmarıq

ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edərək bildirib: “Hazırda İrana doğru gedən çox böyük və çox güclü gəmilərimiz var, ümid edirəm onlardan istifadə etməyə məcbur qalmarıq”.

Referans Media xəbər verir ki, ABŞ Prezidenti Tramp həyat yoldaşı Melaniya Trampın “Melania” adlı sənədli filminin Tramp–Kennedi Mərkəzində keçirilən qalası öncəsi jurnalistlərin suallarını cavablandırıb. İranla son vaxtlar hər hansı təmasın olub-olmaması ilə bağlı suala cavab verən Tramp, Tehran rəhbərliyi ilə həm danışdığını, həm də yeni görüşlərin planlaşdırıldığını təsdiqləyib.

Bölgəyə göndərilən donanma gücünə diqqət çəkərək İrana gözdağı verən Tramp deyib: “Hazırda İrana doğru gedən çox böyük və çox güclü gəmilərimiz var, ümid edirəm onlardan istifadə etməyə məcbur qalmarıq”.

İran rəhbərliyinə iki əsas şərt irəli sürdüyünü bildirən Tramp əlavə edib: “Onlara iki şey dedim: birincisi, heç vaxt nüvə silahı olmayacaq; ikincisi isə etirazçıların öldürülməsini dayandırsınlar. Minlərlə insanı öldürürlər. İki həftə əvvəl 837 edamın həyata keçirilməsinin qarşısını aldım, lakin artıq onların da konkret addımlar atması lazımdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki