Tramp: İranın özünə gəlməsi 10 il çəkəcək

İranın hücumlardan sonra özünə gəlməsi 10 il çəkəcək. Referans Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp ABC News-a verdiyi müsahibədə bildirib.

“Çoxları hər şeyin bitdiyini deyir. Amma mənim üçün bu, bitməyib. Hər şey istədiyim zaman bitəcək. Biz istəmirik ki, onlar bizim razılığımız olmadan Ali Rəhbərə kimisə təyin etsinlər. Biz istəmirik ki, 10 il sonra hər hansı bir ABŞ prezidenti bu problemlə üzləşsin”, – deyə Tramp qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki