Tramp onun haqda SƏRT DANIŞDI: “ABŞ iqtisadiyyatını məhv edir”backend

Tramp onun haqda SƏRT DANIŞDI: “ABŞ iqtisadiyyatını məhv edir”

  “ABŞ-da baza faiz dərəcəsi ən azı üç faiz bəndi çox yüksəkdir”.

Referans xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellin atdığı addımlar yenidən maliyyələşdirmə xərclərinə ildə 360 milyard ABŞ dollarına başa gəlib. Uçot dərəcəsini indiki səviyyədə saxlamaq üçün heç bir səbəb görmürəm. İnflyasiya yoxdur, şirkətlər Amerikaya axın edir”.

Tramp Paueli yenidən tənqid hədəfinə çevirərək, onun FED-ə rəhbərlik edə bilmədiyini açıqlayıb. Amerika lideri dəfələrlə faiz dərəcəsinin aşağı salınmasına çağırıb və Paueli hərəkətsizlikdə ittiham edib.

Qeyd edək ki, Fed iyun toplantısından sonra əsas uçot dərəcəsini 4,25-4,50% aralığında saxlayıb. Cerom Pauel isə daha əvvəl istefa vermək fikrində olmadığını bəyan edib. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır./Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki