ABŞ Prezidenti Donald Tramp tibbi müayinədən keçdiyini açıqlayıb.
Referans Media xəbər verir ki, o, müayinənin nəticələrini “TruthSocial” sosial şəbəkəsində paylaşıb.
ABŞ prezidenti yazıb:
“Uolter Rid Ordu Tibb Mərkəzində altı aylıq tibbi müayinədən keçdim. Bütün həyati əlamətlər mükəmməldir”.
O, həmçinin tibb mərkəzindəki həkimlərə və işçilərə təşəkkür edərək, indi Ağ Evə qayıtdığını əlavə edib.
Tramp əvvəllər özünü istefa verən Amerika liderlərinin ən sağlamı kimi təsvir etmişdi../globalinfo.az
