"Türk Hava Yolları" heyətə qoyulan saqqal qadağasını ləğv etdi

Türkiyənin milli aviadaşıyıcısı “Turkish Airlines” ("Türk Hava Yolları") kabina və uçuş heyəti üzvləri üçün onilliklər boyu qüvvədə olan saqqal qadağasını ləğv edib.

Referans Media xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.

Qeyd olunubki, dəyişikliklər aviaşirkətin heyət üzvlərinin xarici görünüşünü, formasını və şəxsi qulluğunu tənzimləyən daxili qaydalarına edilib.

İndi onlara uzunluğu 15 millimetrdən çox olmayan qısa saqqal saxlamağa icazə verilir, həmçinin o, daim səliqəli görünməlidir. Qəbul edilən üslublara təbii, baxımlı tüklər, tam saqqal və bığ, eləcə də qısa, səliqəli şəkildə kəsilmiş saqqal daxildir.

Qeyd olunur ki, uzunluğu 15 millimetrdən çox olan saqqallar, baxımsız və ya seyrək seyrək, həddindən artıq dəqiq qırxılmış formalar və ya bığsız bəzi saqqal variantları qadağan edilib./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki