Türkiyə ilhamlandırdı - Bu ölkə rəsmi adını dəyişdi

Türkiyənin beynəlxalq platformalarda “Turkey” əvəzinə “Türkiye” adından istifadə olunması istiqamətində atdığı addım digər ölkələr üçün də nümunəyə çevrilib. Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikalarından biri olan Nauru müstəmləkə dövründən qalan rəsmi adından imtina edərək ölkənin adını “Naoero Respublikası” olaraq dəyişib.

Referans Media  xəbər verir ki, Nauru hökumətinin hazırladığı rəsmi hesabatlarda BMT səviyyəsində “Turkey” adının “Türkiye” ilə əvəz olunması milli suverenliyin və mədəni kimliyin qorunması baxımından uğurlu beynəlxalq nümunə kimi qiymətləndirilib.

Bu səbəbdən ölkə rəhbərliyi də yerli dilə əsaslanan rəsmi addan istifadəyə keçmək qərarı verib.

Nauru Prezidenti David Adeang bildirib ki, əvvəlki rəsmi ad yerli dilin düzgün tələffüz edilməməsi səbəbindən xaricilər üçün yaradılmış “praktik həll” idi.

Onun sözlərinə görə, “Naoero” adı ölkənin tarixi və mədəni kimliyini daha dəqiq əks etdirir və bu dəyişiklik milli irsə qayıdışın mühüm hissəsidir. (sozcu.com.tr)

Konstitusiyaya dəyişiklik may ayında parlament tərəfindən qəbul edilib. Əvvəlcə məsələ ilə bağlı referendum keçirilməsi planlaşdırılsa da, sonradan bu qərardan imtina olunaraq proses sürətləndirilib.

BMT-yə rəsmi bildiriş göndərildikdən sonra ölkənin beynəlxalq qeydiyyatlardakı adı “Naoero Respublikası” olaraq yenilənib. Ölkə kodu “NRO” kimi saxlanılıb, vətəndaşların rəsmi adı isə “dei-Naoero” olaraq dəyişdirilib.

Rəsmilər bildirirlər ki, ad dəyişikliyinin əsas məqsədlərindən biri UNESCO tərəfindən ciddi təhlükə altında olan Naoero dilinin qorunmasıdır.

Yeni qanunvericiliyə əsasən, yerli dilin tədrisi genişləndiriləcək, ölkənin yeni adı və rəsmi loqoları isə dövlət qurumlarında, pasport idarələrində və diplomatik nümayəndəliklərdə mərhələli şəkildə istifadəyə veriləcək./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki