ABŞ və İran arasında Dohada texniki danışıqlar BAŞLADI

ABŞ və İran arasında dolayı texniki danışıqlar Qətərin paytaxtı Doha şəhərində başlayıb.

Referans Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, danışıqlar Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilir. Görüşlərdə tərəflər birbaşa təmas qurmur, mesajlar vasitəçilər vasitəsilə çatdırılır.

Mənbənin bildirdiyinə görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner texniki danışıqlarda iştirak etmirlər.

Onlar daha əvvəl Qətər rəsmiləri ilə görüşərək danışıqların təşkili məsələlərini müzakirə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki