Trampın sevimli mahnısının ifaçısı öldü

Trampın sevimli mahnısının ifaçısı öldü - VİDEO
“Village People” qrupunun solisti və Trampın ən sevdiyi mahnının ifaçısı Viktor Uillis vəfat edib.

Referans Media xəbər verir ki, qrup onun ölümünü rəsmi səhifəsində elan edib.

Son illərdə "YMCA" mahnısı Donald Trampın ictimaiyyət qarşısında çıxışlarının, rəqslərinin musiqili brendinə və ABŞ prezidentinin siyasi karyerasının simvoluna çevrilib.

Uillisin 74 yaşı var idi. Ölüm səbəbinin "qısa, lakin aqressiv" bir xəstəlik olduğu bildirilir.

1977-ci ildə qurulan “Village People” disko dövrünün simvollarından birinə çevrildi və dünya miqyasında şöhrət qazandı./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki