Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya ordusunun Xarkov vilayətinin Peçeneq qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 10 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Referans Media xəbər verir ki, Zelenski bildirib ki, zərbə poçt binası, marketlər və yaşayış evlərinin yerləşdiyi sıx əraziyə endirilib. Xarkov vilayətinin hərbi administrasiyası hücumun raketlə həyata keçirildiyini açıqlayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə saatlarında ölkəyə 147 pilotsuz uçuş aparatı ilə hücum edib, onlardan 111-i zərərsizləşdirilib.
Bundan əlavə, Zaporojye şəhərinə hücum nəticəsində 2 nəfər ölüb, Çerniqov və Dnepropetrovsk vilayətlərində isə 2 nəfər yaralanıb.
