Valideynlərin NƏZƏRİNƏ: Övladınız ixtisas qrupu seçərkən BUNLARA MÜTLƏQ DİQQƏT EDİN 

“Hər il ali təhsil müəssisələrinə müraciətdə daha çox abituriyent sayı 1-ci ixtisas qrupu üzrə olur. İkinci sırada isə 3-cü ixtisas qrupudur”. 

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Referans-a açıqlamasında deyib. 

“Plan yerlərinin çox olması da 3-cü ixtisas qrupunun daha çox üstünlük verilməsinə səbəb olur. Məlum olduğu kimi ölkədə riyazi təfəkkür o qədər də yüksək olmadığı üçün xüsusilə humanitar ixtisaslara üstünlük verilir. Bu səbəbdən hunabitar ixtisaslar daha çox olduğu üçüncü ixtisas qrupuna müraciət edənlər daha çox olur. Ona görə də burada rəqabət güclü olur. Nəticə etibarı ilə bu qrupda yer tutmuş ixtisaslarən keçid balları daha yüksək olaraq formalaşır”. 

Ekspert bildirib ki, keçid ballarının məhz 3-cü qrup üzrə hər il kəskin artması da bu qrupa müraciət edən abituriyentlərin böyük əksəriyyətinin müsabiqədən kənarda qalmasına gətirib çıxarır. 

“Bunun qarşısını almaq üçün üçüncü qrup abituriyentlərinin fərqli qruplara yönəlməsi vacibdir. Xüsusən də, ikinci ixtisas qrupuna. Çünki demək olar ki, bu qruplarda fənnlərin əksəriyyəti müştərəkdir. Bu səbəbdən abituriyentlər qrup seçərkən bu nüansları da nəzərə alsalar gələcəkdə daha asanlıqla ali təhsil müəssisələrini qazana bilərlər”.

Fidan Vəlisoy


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki