Vətəndaşlara MÜJDƏ VERİLDİ: Maaş artımı ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ YAYILDI

Azərbaycanda minimum aylıq əməkhaqqının 400 manatdan 500 manata çatdırılması ilə bağlı müzakirələr davam edir. Gözlənilən artımın aşağı gəlirli əhalinin sosial rifahına müsbət təsir göstərəcəyi bildirilsə də, maaş və pensiyaların yüksəldilməsinin bazarda qiymət artımına və inflyasiyaya səbəb ola biləcəyi ilə bağlı fikirlər də səsləndirilir.

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, minimum aylıq əməkhaqqının 400 manatdan 500 manata qaldırılması aşağı gəlirli əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərə bilər.

Onun sözlərinə görə, xüsusilə ərzaq, kommunal xidmətlər və digər gündəlik tələbat mallarına daha çox vəsait ayırmaq imkanı yaranacaq. Lakin əsas məsələ əməkhaqqının nominal artımı deyil, onun real alıcılıq qabiliyyətinin qorunmasıdır:

“Əgər əməkhaqqı 25 faiz artır, amma qiymətlər də sürətlə yüksəlirsə, vətəndaşın əldə etdiyi əlavə gəlirin bir hissəsi inflyasiya hesabına itir.

Maaş və pensiyaların artırılmasının inflyasiyaya səbəb olması ilə bağlı fikirlər müəyyən iqtisadi əsaslara malikdir. Çünki əhalinin gəlirləri artdıqda bazarda tələbat genişlənir. Əgər istehsal və məhsul təklifi bu tələbatı qarşılaya bilmirsə, sahibkarlar qiymətləri artırmağa meyilli olurlar.

Ancaq inflyasiyanı yalnız əməkhaqqı və pensiya artımı ilə əlaqələndirmək düzgün deyil. Qiymətlərə idxaldan asılılıq, istehsal xərcləri, logistika, rəqabət mühiti və bazardakı inhisarçılıq kimi amillər də təsir göstərir.

Hökumət belə artımların yaratdığı inflyasiya təzyiqini azaltmaq üçün ilk növbədə yerli istehsalı və məhsul təklifini artırmalıdır. Xüsusilə ərzaq məhsulları üzrə idxaldan asılılığın azaldılması, kənd təsərrüfatına dəstəyin genişləndirilməsi və bazarda sağlam rəqabətin təmin edilməsi vacibdir.

Eyni zamanda, süni qiymət artımlarına və bazar manipulyasiyalarına qarşı nəzarət gücləndirilməlidir. Əks halda, dövlətin sosial məqsədlə verdiyi əlavə vəsaitin müəyyən hissəsi qiymət artımı vasitəsilə yenidən bazara qayıdacaq.

Əsas məqsəd sadəcə maaş və pensiyaları artırmaq deyil, həmin artımın vətəndaşın real həyat səviyyəsində hiss olunmasını təmin etmək olmalıdır”.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki