Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alan pasiyent ölüb.
Referans Media xəbər verir ki, hadisə yanvar ayının 4-də qeydə alınıb.
Xəstəxanada müalicə olunan 1983-cü il təvəllüdlü Yusif Nəsibov dünyasını dəyişib.
Məlumata görə, Y.Nəsibov vərəm xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)






















