Niyaməddin Musayevdən Mədəniyyət Nazirliyinə ŞOK SÖZLƏR - Elə şeylər danışdı ki…

“86 yaşım var. Bu gün dövlətimin mənə diqqət və qayğısından razıyam. İş bununla bitmir axı.. Mədəniyyətə baxan aidiyyatı qurumların da diqqət və qayğısı olmalıdır. Mən dövlətimin, sənətimin təbliğatçısıyam. Bu illər ərzində tək mahnı oxumamışam ki.. Azərbaycan musiqisini dünya ölkələrində təbliğ etmişəm, səhnə mədəniyyəti nümayiş etdirmişəm, mənə baxıb sənətə gələn bir ordu müğənni yetişib, mahnılarım dillər əzbəridir. Bunu xalq bilir, amma gərək o vəzifədə oturanlar da sona qədər bilsinlər ki, mən dövlətin sənətkarıyam. Onlar bilməlidirlər ki, kim kimdir? Dövlətimin diqqətinin davamını onlar gətirməlidirlər”.


Referans Media  xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib.


O daha sonra bir sənətkar olaraq dövlət konsertlərində iştirak etmək istədiyini bildirib:

“Ötən il 85 yaşım tamam oldu. Mədəniyyət Naziri çağırıb təbrik etdi, amma yüksək səviyyədə qeyd etmədilər. Dövlətimiz nə etsin?! Birini çıxarır, digərini vəzifəyə təyin edir. Hərə də öz bildiyi kimi işləyir. Məni Şuşaya bir dəfə dəvət ediblər. Son illər heç dövlət konsertlərində olmamışam. 2000-ci ildən bəri bu diqqətsizlik hökm sürür. Bu təqdimatı Mədəniyyət Nazirliyi edir. Onlar dəvət etməlidirlər, amma etmirlər. Xalq hər kəsi tanıyır. Öz adamlarını təqdim edirlər, onları qabağa çəkirlər. Bu hal əlbəttə ki, məni üzür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki